Rusiya Nyu-Yorka 3 avia-zərbə endirdi - Həlak olan və yaralananlar var

17:41 22.07.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Donetsk vilayətinin Nyu-York kəndinə Rusiyanın hava hücumu nəticəsində 4 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Hafta.az  “UNİAN”a istinadla xəbər verir ki, Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenkonun sözlərinə görə, bir gün əvvəl ruslar Toretsk ərazi icmasına çoxsaylı hücumlar edib.

“Nyu-Yorka düşmən 3 avia-bomba atıb – 4 nəfər həlak olub, 3 nəfər yaralanıb, 16 ev və inzibati binaya ziyan dəyib”, - o deyib.

Kirilenko xatırladıb ki, dünən düşmən eyni terror qruplaşmasının Drujba kəndinə də zərbə endirib, nəticədə 2 uşaq ölüb, 1 nəfər yaralanıb.

Bundan əlavə, ruslar “S-300” raketləri ilə Kramatorsk şəhərinə hücum edərək bir müəssisəni vurublar.

Ümumilikdə sutka ərzində Rusiyanın təcavüzündən Donetsk vilayətində 6 sakin ölüb,  5 nəfər isə yaralanıb.